İrəvanda yumurta ilə vurulan deputat etirazçıları döydü - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” partiyasının parlamet fraksiyasının üzvü, deputat Sisakan Qabrielyanı yumurta ilə vurublar.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, Nikol Paşinyanın hakimiyyətdən getməsini tələb edən bir qrup şəxs erməni deputatın avtomobilinin qarşısını kəsərək onu yumurta ilə vurublar.  Sisakan Qabrielyan avtomobildən düşərək etirazçıların üzərinə hücum edib. Etirazçılarla erməni deputat arasında əlbəyaxa dava olub. Polisin müdaxiləsindən sonra deputat avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top