ABŞ qoşunlarında saqqal icazəsi

ABŞ Quru Qoşunlarının nizamnaməsində edilən dəyişikliyə görə dini səbəblərlə saqqal uzatmaq, baş örtüyü taxmaq sərbəst olacaq. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əvvəllər bunun üçün katibliyin icazəsi lazım idi. Bundan sonra isə icazəni tuqay komandanlığı verəcək. Tuqay komandirləri dini geyim tələb edənin dini inancında səmimi olmadığı və ya konkret təhlükə olmadığı qənaətinə gəlmədiyi halda icazə vermək məcburiyyətində qalacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top