Ərdoğan: 20 kilometri keçməyin demələri təsadüfi deyildir

Vaxtilə Türkiyəni İŞİD terror qruplaşması ilə mübarizə aparmır deyə ittiham edənlərin hazırda İŞİD-lə aktiv mübarizəmizdə daha irəli getməyin, 20 kilometri keçməyin demələri təsadüfi deyildir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Keçiören metrosunun açılışında deyib. Onun sözlərinə görə, Türkiyənin təhlükəsizliyi Qaziantepdə deyil Hələbdə, Artvində deyil Batumda başlayır: “Ölkəmizə yönəlmiş təhdidləri mənbəyində məhv etmək məcburiyyətindəyik. Həm meydanda, həm də stol arxasında haqlarımızı sonuna qədər qorumaqda qətiyyətliyik”.

DİGƏR XƏBƏRLƏR

Top