Quantanamo dustaqlarının başqa ölkələrə göndərilməsinə başlanılır

ABŞ-ın Kubadakı Quantanamo xüsusi həbsxanasından 4 dustaq yaxın sutkalar ərzində Səudiyyə Ərəbistanına göndəriləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunlar 19 nəfərdən ibarət qrupun bir hissəsidir. Onlar yanvarın 20-dək Quantanamodan 4 ölkə arasında bölüşdürülməlidir. Digər məhbusların hansı ölkələrə göndəriləcəyi barədə məlumat verilmir. Bundan başqa, Səudiyyə Ərəbistanı hakimiyyətinin ABŞ prezidenti Barak Obamanın bu qərarına reaksiyası da məlum deyil. Daha əvvəl Ağ evdən bildirmişdilər ki, B. Obamanın səlahiyyət müddəti başa çatanadək (20 yanvaradək) Quantanamo həbsxanasından bir neçə məhbus digər yerlərə göndəriləcək. Yeni seçilmiş president Donald Tramp məsələyə münasibət bildirərkən qeyd edib ki, bu addımı dayandırmaq lazımdır, çünki həmin insanlar olduqca təhlükəlidirlər və yenidən döyüş meydanına qayıda bilərlər. Xatırladaq ki, Quantanamo həbsxanası 2002-ci ildə Corc Buş administrasiyası tərəfindən qurulub.

DİGƏR XƏBƏRLƏR

Top