Övladından xəbər ala bilməyən ata: "Yuxuda 4 dəfə oğlumu görmüşəm "əsirəm, ata, qurtar məni deyir""


Vətən müharibəsi başlayan gündən hərbi xidmətə yollanan Yusifov Əli Süləddin oğlundan hələ də xəbər yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əlinin atası Süləddin Yusifov sosial şəbəkədə paylaşım edib.
O paylaşımlarında oğlundan oktyabrın 3-dən xəbər ala bilmədiklərini, tapılması üçün kömək göstərilməsini istəyib: "Salam dəyərli Azərbaycan xalqım. Biz valideyinlərdə daha hal qalmadı çox carəsiz və pis haldayıq. Mənim oğlum Yusifov Əli Süləddin oğlu hələ də tapılmayıb, itkinlər siyahısında adı gedir. Bəlkə də əsirdir. Çox xahiş edirəm kim məlumat alarsa oğlumdan xəbər etsin zəng etsin. Yuxuda 4 dəfə oğlumu görmüşəm mənə "əsirəm, ata qutar məni deyir" Mənə Allahım ayan edib yəqin ki, kimin məlumatı olarsa 0552443688 ve 0602443688 nömrələrinə zəng etsin. Bir ata kimi bütün xalqımdan kömək istəyirəm oğlumun tapılmasında".

DİGƏR XƏBƏRLƏR

Top