AzTV-nin binasında uçqun - ölən var - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Allah rəhmət eləsin!

22.11
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

DİGƏR XƏBƏRLƏR

Top