İsveçdə NATO əleyhdarlarının sayı azalıb

İsveçdə keçirilən rəy sorğusu ölkə əhalisi arasında NATO-ya münasibətin dəyişdiyini ortaya çıxarıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, rəy sorğusu zamanı məlum olub ki, İsveçin NATO-ya daxil olmasını istəməyənlərin sayı azalıb. Belə ki, əgər 2015-ci ildə İsveçin NATO-ya daxil olması əleyhdarlarının sayı rəyi soruşulanların 50 faizini təşkil edirdisə, ötən il onların sayı 10 faiz azalıb. İsveçin NATO-ya daxil olmasının tərəfdarlarının sayı isə demək olar dəyişməyib. Əgər 2015-ci ildə rəyi soruşulanların 35 faizi ölkənin NATO üzvlüyünü dəstəkləyirdisə, 2016-ci ildə onların yalnız 34 faizi bu məsələyə müsbət yanaşdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top