
2003-cü ildə Səddam Hüseyn tutulanda, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) tutulanın doğurdanda İraqın sabiq lideri olub-olmamağını dəqiqləşdirəcək mütəxəssisə ehtiyacı var idi. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mütəxəssis Con Nikson olub.
BBC-nin xəbərinə görə, həm Buşla, həm də Səddam Hüseynlə görüşmüş nadir insanlardan biri olan Nikson deyir ki, Buşdansa Səddamla vaxt keçirmək daha yaxşı idi. Səddamın devrilməsindən sonra İraqın başına gələnlərə görə utanan Nikson, indi İŞİD-ə baxanda Səddamın iqtidarda qalmasının bölgə üçün daha yaxşı olmasını bildirir.
Nikson 1998-ci ildə CİA-ya daxil olub. O vaxt Səddam Hüseynlə bağlı işləməyə başlayıb. 2001-ci ildə CİA-dan çıxan Niksonun vəzifəsi dünyadakı liderləri analiz etmək olub.
Niksonun sözlərinə görə, siyasi çaxnaşma olanda siyasətçilər ona müraciət edirlərmiş: "Bir siyasi böhran olanda siyasətçilər bizə müraciət edirdi. Qarşılarındakı adamın kim olduğu və onun nə istədiklərini bizdən soruşurdular. O vaxtlar S.Hüseynin bənzərlərindən istifadə etdiyi dedi-qoduları var idi. Mən onu görəndə ağlımda heç bir şübhə qalmamışdı. Onunla danışmağa başlayanda illərdir məndə olan kitabımın qapağında olan şəklindəki baxışını onda gördüm".
Səddam Hüseyn haqda kitab yazan CİA agenti, onun müsbət tərəflərindən bəhs edir: "Gördüyüm ən xarizmatik insanlardan biri idi. İstədiyi zaman insanlara təsir edirdi, xoş, zarafatcıl və incə insan idi. Amma bəzən qaranlıq üzünü də göstərirdi. Əsəbiləşəndə dəyişilirdi. Onunla danışanda iki və üç dəfə əsəbiləşdiyinin şahidi olmuşam".
Tətbiqimizi yükləyə bilərsiniz