İlk İsrail peyvəndi vurduran azərbaycanlı: Əks təsiri yoxdur - FOTO


İsraildə yaşayan azərbaycanlı koronavirusa qarşı peyvənd vurdurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Cəmilə Əli unikal.org-a məlumat verib. O, qeyd edib ki, səhhətində hər hansı bir dəyişiklik müşahidə edilməyib: “İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunandan sonra elan verildi. Hər kəs növbəyə dayandı. İlk olaraq həkimlərə, hərbiçilərə və yaşı 60-dan yuxarı olanlara peyvənd vuruldu. Gənclər sonrakı mərhələyə saxlanıldı. Elə alındı ki, bizim növbəmiz tez oldu. Mənimlə bərabər həyat yoldaşım da koronavirus əlehinə vaksin vurdurdu. O, şəkər xəstəsi olmasına baxmayaraq heç bir narahatlıq yaşamadı. Biz 15 gün sonra növbəti peyvənd vurdurmalıyıq. Bunun əks təsiri yoxdur. Azərbaycanda da peyvənd tətbiq olunsa insanlar narahat olmasınlar. Mütləq bu vaksini vurdursunlar ki, koronavirusu yüngül keçirsinlər".

DİGƏR XƏBƏRLƏR

Top