İbrahim Kalın: İncirliyi bağlamaq haqqımız var

Türkiyədəki İncirlik hərbi hava bazasını bağlamaq haqqı hər zaman bizim əlimizdədir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, ancaq əvvəlcə şərtləri dəyərləndirmək lazımdır: “Suverenlik haqları çərçivəsində istifadə haqqı bizdədir”. İ. Kalın qeyd edib ki, Türkiyə regionda terror dəhlizinin qurulmasına imkan verməyəcək: “İŞİD terror qruplşaması ilə mübarizədə müttəfiqlərimiz də dəstək verməlidir. Amerika hakimiyyəti Suriya müxalifətinə verdiyi sözlərə əməl etsəydi, Suriya müxalifəti hazırda bu qədər gücsüz olmazdı, bəlkə də Hələbdə baş verənlər yaşanmazdı”.

DİGƏR XƏBƏRLƏR

Top