AzTV TRT ilə birgə uşaq kanalı açacaq


AzTV Türkiyənin TRT kanalı ilə birgə uşaq kanalı yaratmağı planlaşdırır. 
Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ( AzTV) sədri Rövşən Məmmədov televiziyanın 2019-2020-ci illər üzrə hesabatını təqdim edərkən bildirib. 
O qeyd edib ki, bununla bağlı AzTV-yə TRT tərəfindən müraciət edilib: “TRT-nin istəyi odur ki, bu, AzTV ilə birgə hazırlansın. Lakin bizə bunun üçün zaman və güclü heyət lazımdır. Texnikalar alınmalıdır, layihələr işlənməlidir. 
Bu proses azı 3-4 il çəkir. Uşaq televiziyası ən çox maliyyə aparan kanaldır. Təkcə uşaq cizgi filminin hazırlanmasının 1 dəqiqəsinin qiyməti təxminən 1000-2000 manat vəsait tələb edir”.

DİGƏR XƏBƏRLƏR

Top