Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.
“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən hərbçilərin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.