Erməni KİV: Azərbaycan əsgərləri Şurnux kəndinə daxil olublar - FOTO


Azərbaycan əsgərləri Qubadlı rayonunun Ermənistanın Sünik bölgəsilə sərhədində yerləşən Şurnux kəndinə daxil olublar.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Şurnux kəndinin icma rəhbəri Hakob Arşakyan məlumat verib.
 Hakob Arşakyan deyib ki, təxminən 20 dəqiqə əvvəl azərbaycanlılar Şurnux kəndinə gəldilər və delimitasiya aparılır: “Delimitasiya prosesində GPS-dən istifadə edilir. Bu da o deməkdir ki, kəndin yarısını  tərk edəcəyik”. 
Bildirilir ki, kənddəki evlərin 12-si Azərbaycan tərəfinə düşür.

DİGƏR XƏBƏRLƏR

Top