Bayram günlərində 11 nəfər dəm qazından öldü

31 dekabr 2016-cı ildən 4 yanvar 2017-ci ilədək Azərbaycanda 11 nəfər dəm qazından zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərlərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur. Onlardan iki nəfər Bakı Texniki Universitetin tələbəsi, üçü - futbolçu idi”, - deyə məlumatda bildirilib. Həmin gün Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Leyla Çopurova, Səbail rayonu ərazisində yaşayan Cahangir Mustafayev və həyat yoldaşı Sevinc, Sumqayıt şəhərində yaşayan Zeynəb İsmayılova evlərində dəm qazından zəhərlənərək ölüblər. “Bundan başqa, yanvarın 3-də Neftçala rayon sakini Səma Zeynallı paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə, yanvarın 4-də isə Səbail rayonunda yaşayan Sədaqət Tokan evində dəm qazından zəhərlənərək ölüblər”, - deyə məlumatda vurğulanıb.İnterfax.az

DİGƏR XƏBƏRLƏR

Top