“Niva”dan 10 kq narkotik tapıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları külli miqdarda narkotiki dövriyyədən çıxarıblar. Nazirlikdən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar. M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top