“Seçkiləri araşdırmaq üçün yeni prokuror təyin edilməlidir” – Tramp


Donald Tramp ABŞ-da noyabr ayında keçirilən prezident seçkilərini araşdırmaq üçün yeni prokuror təyin edilməsinin zəruri olduğunu bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərində saxtakarlıqların olduğunu yenidən dilə gətirib. O bildirib ki, baş vermiş kütləvi saxtakarlıqların araşdırılması üçün yeni prokuror təyin edilməsi zəruridir.
Qeyd edək ki, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində Donald Tramp Co Baydenə məğlub olub. ABŞ-ın yeni prezidenti Co Bayden 20 yanvar günü andiçmə mərasimi keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top