NATO təyyarəsi Rusiya sərnişin təyyarəsinə təhlükəli həddə qədər yaxınlaşıb

Saxalindən Kuril adasına uçuşu həyata keçirən Rusiyaya məxsus "Bombardier" sərnişin təyyarəsi təhlükəli vəziyyətlə üzləşib. Bununla əlaqədar "Yeniavaz.com"un İzvestiya.Ru-ya istinadən verdiyi məlumata görə, NATO-ya məxsus təyyarə Rusiyanın sərnşin təyyarəsinə təhlükəli məsafəyə qədər yaxınlaşıb. Toqquşmaya səbəb olacaq qəzadan ancaq son anda xilas olmaq mümkün olub. İzvestiya.ru-nun yazdığına görə Saxalindən Kuril adalarına adi uçuşu həyata keçirən Rusiya təyyarəsi 6 min metr hündürlükdən uçub və ona yaxınlaşan naməlum təyyarə ilə bağlı dispetçərə məlumat verib. Toqquşmadan qaçmaq üçün sərnişin təyyarəsi uçuş üçün nəzərdə tutulan hündürlük məsafəsini azaltmağa və aşağı enəməyə məcbur olub. Baş verən insidentin araşdırılması zamanı "Bomabrdier"ə yaxınlaşan təyarənin NATO-ya məxsus olduğu üzə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top