"Bir əsr əvvəlki oyunun ikinci pərdəsi oynanılır"

"Əvvəldən Suriya siyasətinin böyük səhvlərlə dolu olduğuna inanlardanam. Əlbətdəki, Əsəd rejiminin, zalımların yanında olmayacağıq. Ona görə də indi bunları təmir edirik". "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş nazirinin müavini Numan Qurtulmuş deyib. Türkiyənin "Hürriyet" qəzetinin Ankaradakı redaksiyasında qonaq olan baş nazirin müavini Türkiyə siyasəti haqqında açıqlamalar verib. N.Qurtulmuşun sözlərinə görə, bölgə yenidən dizayn edilir: "Hər şey aydındır. Bir əsr əvvəlki oyunun ikinci pərdəsi oynanılır. Bölgə yenidən dizayn edilərək bölünməyə, parçalanmağa çalışılır. Bu məsələni həll eləyəcək tək ölkə Türkiyədir. Ona görə də bizim bura müdaxiləmizi istəmirlər. Bunun bizim hökümət qruluşu ilə əlaqəsi yoxdur".

Numan Qurtulmuş, Baş nazirin İraq ziyarəti haqqında danışıb. O bildirib ki, İraq Mərkəzi Hökümət ilə Başıkada olan türk əsgərlərlə bağlı bir görüş baş tutacaq: "Başıkada onları rahatladacaq bir təklif verəcəyik. Geri çəkilmədən söhbət gedə bilməz. Suriyada ruslarla olan görüşmələrdə Hələbdə sülh və bununla da Suriyada sülh yaratmalıyıq. Mosul məsələsində də İraq hökümətilə ittifaq yaradılmalıdır. Əvvəlcə atəşkəsə əməl edilməli ondan sonra danışıqlar masasına oturmalıyıq. Belə bir qatilin işin başında dayanmasının insani olmadığını düşünürük".

DİGƏR XƏBƏRLƏR

Top