SOCAR dekabrda xarici ölkələrə 52,2 min ton dizel satıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı, 6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac edib. “Yeniavaz.com” SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 532,08 ABŞ dolları, təyyarə yanacağının - 493,1 dollar, dizel yanacağının - 467,91 dollar, 1% kükürdlü mazutun qiyməti - 306,56 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 575,29 dollar, maye piroliz qətranının - 532,08 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 900 avro təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top