Pandemiya dövründə manatın devalvasiyası gözlənilirmi? - Mərkəzi Bankdan AÇIQLAMA


“Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir”.
Yeniavaz.com
xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
AMB sədri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir: "Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub".

DİGƏR XƏBƏRLƏR

Top