İstanbul terroru üzrə keçirilən əməliyyatda Azərbaycan pasportları aşkarlanıb - FOTO

İstanbulda “Reina” gecə klubuna terror hücumu ilə əlaqədar aparılan iş üzrə İzmirdə evlərdən birinə keçirilən əməliyyat zamanı Azərbaycan pasportları da aşkarlanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirdə “Reina” terrorçusu ilə əlaqələri olduğu ehtimal edilən 3 ailənin 20 üzvü saxlanılıb. Şübhəlilərin qaldıqları ünvanlarda müxtəlif ölkələrə aid 41 ədəd pasport aşkarlanıb. Onların arasında Azərbaycan pasportları da var. Pasportların çoxunun saxta olduğu bildirilir. Bundan başqa, digər sənədlər və hərbi ləvazimatlar da ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top