Ceyhan limanından xam neftin ixracı kəskin azalıb

2016-cı ildə Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 16 milyon 784 min 975 ton xam neft ixrac edib. “Yeniavaz.com” SOCAR-a istinadən xəbər verir ki, 2016-cı ildə limandan ixrac olunan xam neftin həcmi 2015-ci ildən 6,4% azdır.

Hesabat ilində SOCAR-ın Ceyhan limanından ixrac etdiyi xam neftin 1 milyon 290 min 954 tonu dekabr ayının payına düşüb ki, bu da 2015-ci ilin dekabr ayından 30% azdır. Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

DİGƏR XƏBƏRLƏR

Top