Navalnıy onu zəhərləyən FTX əməkdaşı ilə telefonla danışdı - VİDEO


Bildiyimiz kimi, rus müxalif siyasətçisi Aleksey Navalnıy bir müddət bundan əvvəl zəhərlənmişdi. Siyasətçi müalicəsini bitirdikdən sonra başına gələnləri araşdırmağa başlayıb. Aparılan jurnalist araşdırması nəticəsində o, sui-qəsddə şübhəli bildiyi adamları tək-tək müəyyənləşdirməyə nail olub.
Yeniavaz.com
xəbər verir ki, Navalnıy bu barədə özünün yutub kanalında video yayımlayıb. O, sui-qəsd planında şəxsən Rusiya Federasiyasının prezidenti Vlamdir Putinin əli olduğunu iddia edib.
Navalnıyın şübhələndiyi şəxslərdən biri Konstantin Kudryavçev Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi kimyaçısıdır. Navalnıyın araşdırmasında görə, Kudryavçev cinayət törədilməsində və daha sonra izlərin təmizlənməsində məsul olan şəxsdir. Siyasətçi qatili ilə telefon əlaqəsi də qurub. Şübhələnməməsi üçün fərqli üslübdan istifadə edən Navalnıy telefonda özünü yüksək rütbəli FTX rəsmisi kimi təqdim edib. Rus müxalifətçi ondan sui-qəsdin niyə uğursuz olmasının səbəbini soruşub. Kudryavçev də hər şeyi etiraf edib. O, bildirir ki, əgər uçuş müddəti uzun olsaydı zəhər istənilən effekti verəcəkdi. Amma təyyarə pilotunun ani eniş qərarı verməsi və vaxtında tibbi yardımın göstərilməsi planı alt-üst edib.
Söhbət əsnasında adıçəkilən FTX əməkdaşının sui-qəsdin izlərini itirmək üçün Navalnıyın qaldığı hotelə getdiyi, ona aid əşyaların və geyimlərin xüsusi maddə ilə təmizlədiyi məlum olub. Hətta Kudryavçev siyasətçinin alt paltarının iç hissənin tikişlərini təmizləmək barədə xüsusi tapşırıq aldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top