Bakıda oğurluğa cəhd etmiş 2 nəfər tutulub. Yeniavaz.com Baş Mühafizə İdarəsinin saytına istinadən xəbər verir ki, Nizami rayonu, Q.Qarayev prospekti, ev 59 ünvanında yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxs Azad Xəlilova məxsus “New Yorker” geyim mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub: "Dərhal hadisə yerinə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, mağazadan ümumi dəyəri 130 manat olan geyim əşyalarını oğurlayıb qaçmaq istəyərkən, Sumqayıt şəhərində kirayəşin yaşayanlar, Şəki rayon sakini, 1997-ci il təvəllüdlü Nəcməddinli Məhəmməd Tahir oğlu və Xızı rayonunun Sitalçay kənd sakini 1998-ci il təvəllüdlü Ömərov Murad Mehman oğlunu saxlayaraq ərazi üzrə 25-ci Polis Bölməsinə təhvil veriblər. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır".