Əsgərlərimiz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusun Laçına daxil olmasına icazə vermir


Azərbaycan əsgərləri Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusun Laçın dəhlizinə daxil olmasına icazə vermir.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, avtobuslar 3 saatdır Gorusdakı "Sünik" restoranının yaxınlığında dayanıb.
Azərbaycan əsgərləri bildirib ki, əldə olunan razılaşmaya görə Ermənistana məxsus hərbi təyinatlı yüklərin Laçına daxil olması qadağandır. 
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı  Rusiya sülhməramlılarına müraciət edib. Rusiya sülhməramlıları isə bildiriblər ki, bu məsələ ilə məşğul olmaq səlahiyyətləri yoxdur. 
Ermənistan Müdafiə Nazirliyi məsələ həll olunana qədər avtobusların Gorusda dayanması barədə  tapşırıq verib.

DİGƏR XƏBƏRLƏR

Top