Sumqayıt bulvarında 164 min manatlıq ağac və gül əkiləcək - TENDER


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi fərdi sahibkarlar Murad Qiyas oğlu Həsənov (VÖEN – 7200163142) olub.
Bu şəxs Sumqayıt  İcra Hakimiyyəti başçısının tabeliyindəki “Sumqayıt Bulvar” MMC-yə 112 min manat dəyərində ağac və kol bitkiləri, 52 min manat dəyərində qızılgül kolları satacaq. 
Onu da qeyd edək ki, “Sumqayıt Bulvar” MMC bu ilin iyul ayında Murad Həsənovdan 112 min manata 1 000 ədəd çinar, 2 000 ədəd leylandi, 600 ədəd iydə, 1 200 ədəd alyandra, 1 500 ədəd zeytun ağacı alıb. 
Bundan başqa iyul ayında “Sumqayıt Bulvar” MMC Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) adlı şəxsdən 47 min 950 manata ümumilikdə 40 500 ədəd geran, qızılgül, xrezantema, osteopermum və digər adda güllər satın alıb.

DİGƏR XƏBƏRLƏR

Top