Rövşən Lənkəranskinin qətlinin sifarişçisi azərbaycanlı olub?

Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt” a azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlinin sifarişçisinin adını açıqlayıb.

Məlumatda bildirilib ki, “Rəşaq Gəncinski” kimi tanınmış digər azərbaycanlı avtoritet Rəşad İsmayılov “qanuni oğrular”ln yığıncağında Rövşən Lənkəranskinin onun əmri ilə qətlə yetirildiyini bəyan edib.

O, buna səbəb kimi yaxın dostu, “göyərti kralı” kimi tanınan nüfuzlu biznesmen Cambulat Şamiloğlunun öldürülməsini göstərib.

Bundan əvvəlki məlumatlarda Canbulat Şamiloğlunun qətlində iştirak edən iki “killer”in Rövşən Lənkəranskinin adamları olduğu bildirilmişdi.modern.az

DİGƏR XƏBƏRLƏR

Top