Bayram bitdi, indi də rayonlardan Bakıya axın başlayıb

Bayramı günlərində gücləndirilmiş iş rejimində əhaliyə xidmət göstərən müəssisələrdən biri də Zaqatala Avtovağzalıdır. Bayramla əlaqədar Nəqliyyat Nazirliyinin bütün strukturları gücləndirilmiş iş rejimində işləyib. Məqsəd bayram və istirahət günlərində əhalinin rahat gediş-gəlişini təmin etmək olub. Zaqatala şəhərlərarası Rayon Avtovağzalında adi günlərlə müqayisədə xüsusi canlanma müşahidə olunsa da, sərnişinlər istənilən istiqamətdə bilet əldə edə bilirlər. Zaqatala Avtovağzalında sərnişinlərin ən çox sıxlığı Bakı marşrutu istiqamətində hərəkət edən avtobuslarda müşahidə edilir. Adi günlərə nisbətən Bakıya gedən sərnişinlərin sayında artım müşahidə edilir.

Avtovağzal rəsmisi Balaca Məmmədovdan aldığımız məlumata görə, sərnişin sıxlığı müşahidə edildiyindən Zaqatala-Bakı marşrutu üzrə xəttə əlavə nəqliyyat vasitələri buraxılıb: "Paytaxt və digər rayonlara gedən sərnişinlərin rahat mənzil başına çatdırılması üçün avtovağzal yanvar 5-nə kimi gücləndirilmiş iş rejmində işləyəcək. İstənilən istiqamətdə ehtiyac yarandığı halda, gün ərzində xəttə əlavə nəqliyyat vasitələri də buraxılacaq".

Ruslan Abdulov, Zaqatala

DİGƏR XƏBƏRLƏR

Top