Naxçıvan sərhədində vurulan Rusiya helikopteri ilə bağlı Peskovdan AÇIQLAMA


Kreml sözçüsü Dmitri Peskov Naxçıvan sərhədində vurulan Rusiya helikopterindən danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, noyabr ayında vurulan Rusiya helikopteri ilə bağlı Rusiya-Azərbaycan arasında bütün məsələlərdə konstruktiv bir dialoqlar aparılır:
"Moskva və Bakı bütün məsələlərdə müntəzəm və çox sıx konstruktiv dialoq vəziyyətindədir. Bu məsələ ilə bağlı sizə deyə biləcəyim yanlız budur”.
Qeyd edək ki, noyabrın 9-da Naxçıvan-Ermənistan sərhədində Rusiyaya aid helikopter vurulmuşdu. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top