Türkiyədə son 24 saatda COVID-19-dan sağalanların sayı yoluxanları keçdi


Türkiydə son sutka ərzində 29 min 922 nəfərin müalicəsi bitərək, sağalanların sayı yoluxanların sayını ötüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə son sutkada 205 min 397 nəfərdə COVID-19 testi edilib. Onlardan 29 min 718 nəfərin testi pozitiv çıxıb. Aktiv xəstə sayı isə 4893 nəfər olub. 240 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusun ilk gündən bu günə kimi ümumilikdə Türkiyədə sağalanların sayı 1 milyon 691 min 113, dünyasını dəyişənlərin isə sayı 17 min 121 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top