Bakıda dördmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən binanın 3-cü mərtəbəsində baş verib.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.