Bakıda qadının iki övladı ilə birlikdə özünü 4-cü mərtəbədən atmasının səbəbi bilindi - YENİLƏNİB


Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihar etmək üçün yerə tullanıb.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, ilkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.

*** 01:40
Bakıda intihara cəhd hadisəsi baş verib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-cü mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top