“Qarabağ” azlıqda qalan “Qəbələ” ilə bacarmadı

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Turun açılış matçı Qəbələdə baş tutub.

Rayonun eyniadlı komandası “Qarabağ”ı qəbul edib.

Oyunda hesabı ağdamlılar açıb. Filip Ozobiç 50-ci dəqiqədə qonaqları hesabda önə keçirib.

70-ci dəqiqədə isə “Qəbələ” azlıqda qalıb. Rövlan Muradov ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bununla belə, meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Rafael Utriq 81-ci dəqiqədə komandasına bir xal qazandıran qola imza atıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top