Şəhid ailəsi üçün ev tikilir


Vətən müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla sosial tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ay həmin ailə ilə görüşmüşdülər. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq Nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürmüşdü.
Qısa müddətdə bu işlərə başlandı və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.
Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top