Azərbaycan dünyanın ən bahalı tanklarından alacaq – Rusiyalı ekspert


Tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Azərbaycanın müasir K-2 tankları aldığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb. Hərbi ekspertin sözlərinə görə, yüzlərlə Cənubi Koreyanın K-2 "Qara Panter" adlı tankı Azərbaycana gətiriləcək. Həmin tank Rusiyada, eləcə də Ermənistanda olmayan zireh və digər funksionallıqlara sahibdir.
Qeyd edək ki, K-2 "Qara Panter" tankları Cənubi Koreyada "Hyundai-Kia Automotive Group” şirkəti tərəfindən hazırlanır. Dünyanın ən bahalı tankı hesab olunur. Tankda istifadə olunan zirehin tərkibi heç bir ölkəyə məlum deyil. ABŞ tanklarına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. “Qara Panter” avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Tankın vura bildiyi hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanılıb, ilk tank isə 2014-cü ildə orduya təhvil verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top