Rusiya Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətləri aradan qaldırır


Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor") Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyətləri qismən aradan qaldıraraq, bu ilin dekabrın 21-dən sahibkarlara üç Azərbaycan müəssisəsindən tədarük etməyə icazə verir.
Bu barədə "Rosselxoznadzor"un açıqmasında deyilir.
Qeyd olunan tarixdən etibarən Şabran rayonunda fəaliyyət göstərən OOO "TURAZ", "Ran Fruit" və "Əsədov Vahid" müəssisələrində istehsalı olunan almaların Rusiya ərazisinə gətirilməsinə icazə verilib. (apa)
 

DİGƏR XƏBƏRLƏR

Top