İŞİD-ə qatıldığını etiraf etsə də, azadlığa buraxıldı

İstanbul polisinin 2016-cı il avqustun 24-də İŞİD terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat zamanı saxladığı beş şübhəlidən birinin işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. “Yeniavaz.com”un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlardan biri olan 25 yaşlı Əbdülsəməd Ç. İŞİD-ə qatıldığını etiraf etsə də, həbs edildikdən sonra təxliyə olunub. Belə ki, avqust əməliyyatında saxlanılanlar İŞİD-ə üzv olmaq ittihamı üzrə məhkəməyə çıxarıldıqdan sonra dörd şübhəli polis nəzarəti şərti ilə azad edilsə də, Əbdülsəməd Ç. həbs edilir. Onun mobil telefonunda İŞİD-ə aid fotolar, videolar və marşlar, evində isə kitab tapılıb. Əbdülsəməd Ç. məhkəməyə verdiyi ifadədə 2014-cü ildə İŞİD-ə qatıldığını etiraf edib. Ona bu işdə Türkiyədə yaşayan “Ammar” kod adlı Azərbaycan vətəndaşı kömək edib. Şübhəli əvvəlcə Suriyanın Cerablus şəhərinə gəlib, sonra Münbiçdə dini təhsil alıb və ardından İraqın Mosul şəhərində xəstəxanada işləyib. O, hava hücumu zamanı ayağından yaralanaraq burada 4 ay müalicə alıb. Müalicəsi üçün yenə də İŞİD-in nəzarəti altında olan Əl Baba gəlib və ailəsi ilə əlaqə yaradaraq 2015-ci ilin iyulunda Türkiyəyə qayıdaraq sərhəddəki əsgərlərə təslim olub. Peşman olduğuna görə məhkəmə onu 1 il polis nəzarəti şərti ilə azadlığa buraxıb. Ailəsinin yanına qayıdan Əbdülsəməd Ç. İŞİD-lə əlaqəsini kəsməyib. Sentyabrın 2-də İŞİD-ə qarşı keçirilən başqa bir əməliyyatda yenidən tutulub. Lakin dekabrın 2-də İstanbul Ağır Cinayətlər Məhkəməsi onun nəzarət şərti ilə təxliyəsinə qərar verib. Məhkəmə qərarını onunla izah edib ki, şübhəlinin qaldığı yer məlumdur, sabitdir, yəni dəyişməzdir. Məhkəmənin bu qərarı Əbdülsəməd Ç.-nin vəkilini belə təəccübləndirib. Bu arada onun böyük qardaşı və qohumu dövlət çevrilişinə cəhddən bir gün sonra tutulsalar da, daha sonra azad ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top