ABŞ-da sərnişin qatarı aşıb, 37 nəfər xəsarət alıb

ABŞ-da sərnişin qatarı relsdən çıxaraq aşıb. Bu barədə "NBC" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Bruklində, Nyu-Yorkun rayonlarından birində baş verib. Qəza zamanı 37 nəfər xəsarət alıb. Telekanalın məlumatına bildirilir ki, qəza səbəbindən qatar əyilib. Həmçinin vaqonların şüşələri və qapıları sınıb. "Long Island Rail Road" qəzanın baş verdiyi dəmir yolu xəttində qəza səbəbindən qatarların yubana biləcəyi barədə xəbərdarlıq edib. Hadisənin başvermə səbəbləri araşdırılır.Report

DİGƏR XƏBƏRLƏR

Top