Makronun COVID-19-a Aİ-nin Brüsseldə keçirilən sammitdə yoluxduğu iddia edilir


Fransa Prezidenti Makronun koronavirusa ötən həftə, Brüsseldə keçirilən sammitdə yoluxa biləcəyi iddia edilir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Oliver Veran, “France 5” kanalına açıqlama verib. Oliver açıqlamasında bildirib ki, Makron COVID-19-a Yelizey sarayında təşkil olunmuş yemək vaxtı yoluxmayıb.
Makronun 10-11 dekabr tarixlərində Brüsseldə keçirilmiş Aİ-nin Liderlər Sammitində COVID-19-a yoluxduğunu iddia edən Veran, liderlərin sammit zamanı nahar üçün böyük bir salonda bir araya gəldiklərini vurğulayıb.
“Mediapart” veb saytının xəbərində isə Makronun tez-tez qaydaları pozduğu deyilib. Yelizey Sarayında baş nazir Jan Kasteks və Milli Məclisdəki siyasi partiyaların qrup müavinləri ilə görüşdüyü axşam yeməyində 10 nəfərin olduğunu iddia edib. Bunun isə Makronun karantin qaydalarını pozaraq 6 nəfərdən artıq insanla bir araya gəldiyi qeyd olunub.
Yelizey Sarayı tərəfindən verilən məlumata görə, Makron saraydakı yeməkdən əvvəl xəstələnib və simptomlar göründükdən sonra test vermək qərarına gəlib.
Qeyd edək ki, Makron, 14 noyabrda verdiyi açıqlamada bir yemek masasında 6 nəfərdən artıq insanın olmamasına diqqət edilməsini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top