Bakıda həbsxanada yanğın baş verib, məhkumlar təxliyə olunub

Bakıda həbsxanada yanğın baş verib. Yanğın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Xətai rayonu ərazisində, N.Əliyev küçəsində yerləşən Tərbiyə müəssisəsində (yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisə) baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib. Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb. İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.Report

DİGƏR XƏBƏRLƏR

Top