ABŞ-ın Dövlət katibi Mayk Pompeo Türkiyə barədə yeni açıqlama verib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefonda danışıb. Pompeo bildirib ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 hava hücumundan müdafiə sistemləri ABŞ ordusu üçün təhlükədir:
“S-400 sistemləri ABŞ hərbi personalına və ABŞ hərbi texnologiyasına təhlükədir. Eyni zamanda Rusiyaya Türkiyənin silahlı qüvvələrinə və müdafiə sənayesinə çıxış imkanı verir. Bu səbəblə ABŞ sanksiyaları tam şəkildə tətbiq edəcək”.