"Şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır" - Sahibə Qafarova


"Siqnallar gəlir ki, şəhid və qazi ailələrini incidənlər var. Onlara qarşı xidməti yüksək səviyyədə həyata keçirmək lazımdır".

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, dərslərin onlayn formada keçirilməsi ilə əlaqədar bütün kəndlərdə internet olmalıdır: “Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi zəhmət çəksin həmin o yüksək texnologiyanı kəndlərdə tətbiq etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top