İraqda həbs edilən İŞİD terror qruplaşmasının silahlısı təşkilatın Türkiyədə İncirlik hərbi hava bazasına hücum planlaşdırdığını etiraf edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Əbu Osama adlı terrorçuyu Türkiyədə kəşfiyyat işləri aparmaq və “canlı bomba”larla terror aktı törətməyi tapşırıb. Mosul Universitetinin İnşaat mühəndisliyi fakültəsinin məzunu olan terrorçu Mosuldakı alman şirkətində çalışıb. Bir müddət Almaniyada qaldıqdan sonra isə Mosula qayıdıb. Burada 1,5 il işsiz qaldıqdan sonra İŞİD-ə qatılıb. O, İŞİD-dən tapşırıqları internet vasitəsilə aldığını vurğulayıb. Terrorçunun Atatürk Hava Limanında saxlanıldığı qeyd edilir.