Fransızlar ölümlərindən sonra avtomatik donor olacaqlar

2017-ci il yanvarın 1-də Fransada ölümdən sonra donorluq orqanları ilə bağlı yeni qanun qüvvəyə minib. “Yeniavaz.com”un “Life.ru”ya istinadən verdiyi məlumata görə, yeni qanuna müvafiq olaraq, ölkənin hər bir vətəndaşı imtina edənlərin siyahısında olmadığı təqdirdə avtomatik olaraq donor olur. Donor olmaq istəməyən vətəndaşlar xüsusi siyahıya düşmək üçün özləri müraciət etməlidirlər. Bu barədə ərizəni səlahiyyətli qurumları hələ ki yalnız sifarişli məktubla göndərmək mümkündür. İmtina edənlərin siyahısında təqribən 150 min nəfər var. Donorluqdan imtinanın daha bir variantı isə valideynlərin yazılı bəyanatıdır.

DİGƏR XƏBƏRLƏR

Top