Şəmkirdə toy karvanında avtomobil qəzaya uğrayıb, 9 nəfər xəsarət alıb

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb. Xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top