Baş nazir: Yaponiya yeni ölkənin inşasına başlayır

Yaponiya yeni ölkənin inşasına başlayır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib. Onun sözlərinə görə yeni ölkə gələciyini özü müəyyənləşdirəcək. 2017-ci ildə Yaponiyada ABŞ-ın himayəsi altında müharibədən sonrakı “sülh konstitusiyası”nın 70 yaşı tamam olur. S. Abe hökuməti ölkənin müdafiəsi məsələsində daha ços sərbəstlik qazanmaq üçün onu dəyişməyə çalışır. Baş nazir bildirib: “Hazırda gələcəyə, sonrakı 70 ilə baxmağın və yeni ölkəni inşa etməyin vaxtıdır”. Onun sözlərinə görə, yaponların gələcəyi kimlərinsə onlara nəsə verməli olması deyil: “Biz yaponlar onu öz əllərimizlə inşa edəcəyik. İndi bunu etmək üçün səy göstərməyin vaxtıdır”. S. Abe qeyd edib ki, hökumət bu il əsas diqqəti iqtisadiyyata və xarici siyasətdə aktiv diplomatiyaya yönəltmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top