Misir prezidentinin çıxışı zamanı dayandığı yer qınaq obyekti oldu


Misir prezidenti Sisinin hərbi akademiyada tələbələrin qarşısında güllə keçirməyən şüşə arxasından çıxış etməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Yeniavaz.com
xəbər verir ki, onun bu hərəkəti sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib:
“Küçələrdə insanlar arasında mühafizəsiz olduğu iddia edilən Sisi, ordu ondan asılı olsa da, hərbi akademiyanın kursantları ilə güllə keçirməyən şüşə arxasında danışır”, "Sisi ilə akademiya tələbələri arasındakı məsafə çox uzundur. Ön sıra qrupu prezidenti salamlamalı deyilmi?" kimi şərhlər yazılıb.
Bəzi istifadəçilər isə “xain qorxur” deyə şərh yazıb. Bəzi şərhlərdə isə onun guya xalq arasından bir taksi şoferi ilə qarşılaşması səhnəsini yada salaraq bunun sadəcə bir təbliğat vasitəsi olduğuna diqqət çəkib.
Qeyd edək ki, Misirin keçmiş prezidenti Ənvər Sadatın 1981-ci il 6 oktyabr tarixində Qahirədəki hərbi mərasim zamanı zabitlər tərəfindən vurularaq öldürüldüyü xatırladılıb. Həmin vaxtdan bəri Misir prezidentləri hərbi mərasimlərdə yüksək səviyyədə qorunurlar. Bir prezidentin ilk dəfə güllə keçirməyən şüşə arxasından danışması isə hər kəs tərəfindən qınanıb.

DİGƏR XƏBƏRLƏR

Top