İşğaldan azad edilən Hadrut qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli olan lövhə qoyulub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda lövhənin yanındakı qaya parçası Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə boyanıb.
Qeyd edək ki, sözügedən lövhənin qoyulduğu yerdə olan qaya parçası vaxtilə qondarma DQ respublikasının bayrağının rəngləri ilə boyanmışdır.