Yardımlı sakininin Rusiyadan aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib

Yardımlı rayon sakininin Rusiyadan aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Yardımlı rayon sakini Elşən Bünyadovun 2016-cı il noyabr ayının 14-də Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib və toplanan material Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top