Bu ölkədə vəhşi heyvanları evdə saxlamaq qadağan edildi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti heyvanların saxlanılması qaydalarını xeyli sərtləşdirib. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, yerli hakimiyyət ölkə vətəndaşlarına evdə vəhşi heyvanları saxlamağı qadağan edib. Bundan sonra bəbirləri, lepardları və digər ekzotik heyvanları yalnız zooparklar və elmi mərkəzlərdə saxlamaq olar. Bu qaydanı pozan ölkə vətəndaşı 136 min dollaradək cərimələnəcək. Bundan başqa heyvanları insanların üzərinə buraxanlar da 3-7 il müddətinə həbs ediləcək. Əgər ev heyvanının hücumu nəticəsində insan ölümü baş verərsə, heyvanın sahibi ömürlük həbs edilə bilər. Yeni qanun adi ev heyvanlarının, məsələn, itin saxlanılması qaydalarını da dəyişir. Yeni qaydalara əsasən, hər bir itin saxlanılması üçün xüsusi icazə almaq lazımdır. İctimai yerlərdə gəzinti zamanı heyvanı həmişə cilovda saxlmaq lazım olacaq.

DİGƏR XƏBƏRLƏR

Top